Bazar ertəsi, 20 May

"Rusiya qoşunları məktəb, xəstəxana və uşaq bağçalarını bombalayır" - Ukrayna BQ

image

“Rusiya işğalçıları məktəb, xəstəxana və uşaq bağçalarında Ukrayna hərbi hissələrinin yerləşdirildiyini bəhanə gətirərək mülki obyektləri bombalayırlar”.

Xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya müvəqqəti işğal etdiyi ərazilərdəki mülki xəstəxanalara yaralı hərbçilərini yerləşdirir.

Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka ərzində Donetsk və Luqansk vilayələtləri istiqamətində Rusiya qoşunlarının 13 hücumunun qarşısı alıb, 2 tank, 6 artilleriya sistemi, 8 zirehli döyüş maşınını məhv edib.

Bundan başqa, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri rəqibin “Orlan-10” tipli 7 PUA-sını sıradan çıxarıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41